news Image
2014.10.12
15:13
| A A A
Ukraynada "sükut rejimi" başlandı

Tanınmamış "Donetsk Xalq Respublikasının" lideri Aleksandr Zaxarçenko şənbə günündən etibarən bölgədə "sükut rejimi"nin başlayacağını elan edib.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, bu barədə BBC məlumat yayıb.

"Bu gündən etibarən "sükut rejimi" başlayıb. Ona 5 gün ərzində əməl olunsa, hər iki tərəfdən ağır texnikanın geri çəkilməsi həyata keçiriləcək", - Zaxarçenko Donetskdə keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, 20 sentyabrda Minsk şəhərində imzalanmış razılaşma tərəflərin 19 sentyabra qədər tutulan mövqelərdə qalmasını, atəşin dayandırılmasını və hər iki tərəfdən ağır texnikanın 15 kilometrlik məsafəyə geri çəkilməsini nəzərdə tutur. Lakin bu razılaşma dəfələrlə poulzub və hər iki tərəfdən itkilər olub. BMT hesablamalarına görə, atəşkəsin qüvvəyə mindiyi gündən bu yana baş verən qarşıdurmada 331 adam öldürülüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs