Əlaqə Arxiv
news Image
2012.07.18
16:03
| A A A
Mora yarımadasında fövqəladə vəziyyət elan edilib

Movqe.az xəbər verir ki, Yunanıstanın Mora Yarımadasındakı Patra şəhəri yaxınlığında meşə yanğını baş verib. Patra şəhəri yaxınlığındakı Arqiro bölgəsində səhər erkən saatlarda çıxan və geniş bir sahəyə yayılan yanğının, məskunlaşma vahidlərinə çox yaxın olması səbəbiylə bölgədə təcili vəziyyət elan edilib. Bölgədə alovların təhlükə yaratdığı Maqula, Kato Kastriçi və Platani kəndlərindən də əhali çıxarılıb. Patra bələdiyyə başçısı Yannis Dimaras vəziyyətin nəzarətdən çıxdığını bildirərkən, televiziya kanallarını telefonla axtaran Qərb Yunanıstan region başçısı Apostolos Kaçifaras təcili kömək çağırışı edib.

Sizin Reklam Yeriniz