news Image
2014.10.12
17:08
| A A A
"V1 Challenge Azerbaijan" yarışmasının qalibi bəlli oldu

Bakıda keçirilən "V1 Challenge Azerbaijan" yarışmasının qalibi 18 yaşlı fransız pilot Anton Huber olub.

Movqe.az-ın  publika.az-a istinadən məlumatına görə, 2-ci yerin sahibi Almaniya idmançısı Harald Müller, 3-cü yerin sahibi isə Livan idmançısı Abdo Feqali olub.

Qalib gələn fransalı pilot Anton Huber jurnalistlərə açıqlamasında yarışın gərgin keçdiyini bildirib: "Bu, mənim beynəlxalq yarışlarda ikinci təcrübəm idi. "V1 Challenge Azerbaijan" yarışı gözəl təşkil olunmuşdu. Belə gözəl təşkilatçılığa görə Azərbaycan Avtomobil Federasiyasına və federasiya rəhbərliyinə təşəkkür edirəm".

A.Huber bildirib ki, ən gərgin görüşüm livanlı idmançı Abdo Feqaliyə qarşı oldu: "Çox sevinirəm ki, ona qalib gəlməklə finala vəsiqə qazandım. Mən "Formula 4" pilotuyam. Qazandığım təcrübədən istifadə edərək bu yarışın qalibi oldum".

Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran Anton Huber burada gördüklərindən məmnun olduğunu bildirərək deyib: "Bakı haqqında məlumatım az idi. Sevinirəm ki, indi belə bir gözəl şəhərdəyəm. Artıq Azərbaycan haqqında xeyli məlumatım var. Gözəl ölkənizdə olmağımdan çox məmnunam".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs