news Image
2012.07.18
15:30
| A A A
“Altın Portağal”ın münsiflər heyəti rəhbəri Szabo

Movqe.az xəbər verir ki, dünya kinosunun usta rejissorlarından olan  Macar İstvan Szabo 49-cu "Altın Portağal" kinofestivalında beynəlxalq uzun metrajlı film müsabiqəsinin münsiflər heyətinə rəhbərlik edəcək. "Mephisto" filmiylə 1982-ci ildə "Xarici Dildə Ən Yaxşı Film" nominasiyasında,Oskar və Cannesdə "Ən Yaxşı Ssenari" mükafatına layiq görülən İstvan Szabo  yalnız Macar kinosunun deyil, dünya kinosunun qabaqcıl rejissorları sırasında yer alır. İstvan Szabo 1938-ci ildə Budapeştdə anadan olub. 1959-cu ildə ilk qısa metrajlı filmini, 1964-ci ildə isə ilk uzun metrajlı filmini çəkib. 1960-cı illərin sonundan etibarən Avropa Auteur Sineması ənənəsini davam etdirən Szabo mərkəzi Avropadakı siyasi və fərdi qarşıdurmaları əhatə edən filmləri ilə tanınır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs