İranda polis təyyarəsinin qəzaya uğradı, ölənlər var
İranın cənub-şərqindəki Zahedan şəhəri yaxınlığında polis təyyarəsi
qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb.
Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında baş verib. Yüngül mühərrikli Turbo Commander təyyarəsi paytaxt Tehrandan havaya qalxıb. Təyyarənin göyərtəsində 3 nəfər ekipaj və istintaq idarəsinin rəisi daxil olmaqla, 4 sərnişin olub.
Xilasedicilər artıq qəza yerini aşkarlayıblar. Qəzanın səbəbləri müəyyənləşdirilir.