Əlaqə Arxiv
news Image
2014.10.13
11:46
| A A A
Nazirlik vətəndaşların qəbulu ilə bağlı rəsmi statistika açıqladı

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının  əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki"nə uyğun olaraq 9 rayon və şəhərdə (Lənkəran, Sumqayıt, Şirvan, Ağdam, Salyan, Şəki, Quba, Gədəbəy, Gəncə) vətəndaş qəbulu keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən xəbərə görə, qəbullar zamanı 44 rayon üzrə 617 nəfər (ötən ilin müvafiq dövrünə nisbətən 43 faiz çox) fərdi qaydada qəbul edilib.  Ümumiyyətlə, hesabat dövründə ƏƏSMN-nin rəhbərliyi və məsul şəxsləri tərəfindən qəbul edilən vətəndaşların ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çox, yəni 10 555 nəfər olub. Onlardan 948 nəfəri nazirliyin rəhbərliyi, o cümlədən 777 nəfəri nazir, 123 nəfəri nazir müavinləri, 48 nəfəri isə Aparatın rəhbəri tərəfindən qəbul edilib. Digər vətəndaşlar isə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxsləri  tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq sosial təminat növləri, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib, həmçinin sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilib.

 


 

Sizin Reklam Yeriniz