Əlaqə Arxiv
news Image
2014.10.13
13:40
| A A A
Bu gün Mübariz Qurbanlının deputat mandatı ləğv ediləcək

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv olunacaq.


Məlumata görə, M. Qurbanlının deputat mandatının ləğv edilməsi barədə müraciəti MSK-nın bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.

 

M. Qurbanlı APA-ya açıqlamasında deyib ki, prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilib, ona böyük etimad göstərilib: "Qanuna görə mənim deputat fəaliyyətimə son verilməlidir. Mən bununla əlaqədar MSK-ya ərizə vermişəm və Konstitusiyaya uyğun olaraq deputat fəaliyyətimə xitam veriləcək. Hesab edirəm ki, mən uzun müddət deputat olan şəxs kimi yığdığım təcrübəni Dövlət Komitəsində də istifadə edə biləcəyəm. İnsan üçün əsas şərt xalqa, dövlətə xidmət göstərmək, dövlət rəhbərinin tapşırıqlarını yerinə yetirməkdir. İstər millət vəkili, istərsə də Dövlət Komitəsinin sədri kimi mən həmişə üzərimə düşən işləri yerinə yetirməyə çalışmışam, indi də çalışıram".   


Sizin Reklam Yeriniz