news Image
2014.10.13
14:08
| A A A
İmtahan nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 

İmtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında başlanmış və 3 saat ərzində aparılıb. 

İmtahan nəticələri elə həmin gün – oktyabrın 12-də saat 15:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib. 

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar. 

Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınmışdır. 
Onlardan 2 nəfəri imtahana gəlməmişdir. İmtahanda iştirak edən 53 namizəddən 33 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 87 bal olub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs