news Image
2014.10.13
15:40
| A A A
Ölkədə sosial yardım alan ailələrin sayı azaldı
Azərbaycanda 112092 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Movqe.az-a verilən məlumata görə, bu ilin 01 oktyabr tarixinə ölkəmizdə 112092 ailəyə (491409 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz (23107 ailə) azdır. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə 129,82 manatdan 137,67 manata yüksəlib. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 33935-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. 


Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 247879 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5709 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 4982 nəfər təşkil edir. 


Xatırladaq ki, ötən ilin sonlarından etibarən ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Hazırda ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq işlər aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs