Əlaqə Arxiv
news Image
2012.07.18
16:43
| A A A
Hamburgerin içindən siçan quyruğu çıxdı
Movqe.Az bildirir ki, Çilidə dünyada tanınan "McDonald's" restoranında hamburgerin içindən siçan quyruğu çıxıb.

Rəsmilər, paytaxt Santiaqonun 700 km cənubunda yerləşən Temuko şəhərindəki restorandan alınan hamburgerin içindən siçan quyruğunun çıxdığını bildirib. "McDonalds"dan aldığı hamburgerin içində "qəribə bir şey"in olduğunu görən və bunun siçan quyruğu olduğunu anlayan müştəri hadisəni dərhal səhiyyə rəsmilərinə bildirib. Bölgənin  sağlamlıq işlərinə baxan Ualdo Armstronq jurnalistlərə verdiyi müsahibədə, araşdırmalardan sonra pendir və hamburger çörəyinin içində bişmiş siçan quyruğu parçalarına rast gəlindiyini təsdiqləyib. Siçan quyruğunun hamburgerin içinə səhvən düşdüyü bildirilib.

Restoran müdirə veriləcək pul cəzasının miqdarı təsdiqlənənə qədər bağlı qalacaq.

Sizin Reklam Yeriniz