Əlaqə Arxiv
news Image
2014.10.13
17:51
| A A A
İmişlidə möhtəşəm Şəkər Bayramı

İmişli rayonununda İcra Hakimiyyəti rəhbərliyinin, millət vəkillərinin, "Azərsun Holdinq" rəhbərliyinin və sakinlərin iştirak etdiyi Şəkər Bayramı qeyd edilib. Movqe.az xəbər verir ki, bu barədə jurnalistlərə "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək departamentinin müdiriAfiq Səfərov məlumat verib. Məlumata görə, ilk olaraq, İmişli rayonu İcra hakimiyyətinin rəhbəri Vilyam Hacıyev, "Azərsun Holdinq"in baş direktoru Savaş Uzan, millət vəkilləri Çingiz Qənizadə, Rövşən Rzayev və Əsabil Qasımov ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər. İmişli sakinləri qarşısında çıxış edən İmişli rayonu İcra hakimi Vilyam Hacıyev, İmişli Şəkər Zavodunun bu rayonun həyatında oynadığı müstəsna roldan danışıb. Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət göstərən müəssisənin hesabına 3 mindən artıq İmişli sakini işlə təmin edilib, bu qədər də insan zavoda şəkər çuğunduru təhvil verərək gəlir əldə edir. Bundan əlavə, məhz "Azərsun Holdinq"ə məxsus bu şəkər zavodunun sayəsində İmişli rayonu özünü maliyyələşdirən rayona çevirilib. Rayonun maliyyəsinin 45 faizini məhz bu zavodun ödədiyi vergi hesabına təmin edilir. İcra hakimi həmçinin son zamanlar ölkəmizdə qeyri-neft sektorunun çox sürətlə inkişaf etdiyini söyləyib və İmişlidə son illərdə aparılmış abadlıq işləri barədə məlumat verib. İcra hakimindən sora İmişli sakinləri qarşısına çıxan "Azərsun Holdinq" şirkətlər qrupunun baş direktoru Savaş Uzan hər kəsi salamlayaraq bayram münasibətilə təbrik edib. O, bu zavodun tikintisinə 2003-cü ildə məhz ümumilli lider Heydər Əliyevin xeyir-duası və məsləhətləri ilə başlanıldığını və 2006-cı ildə cənab prezident İlham Əliyev tərəfindən açıldığını bildirib. Savaş Uzan həmçinin bu müəssisənin MDB məkanınmda ən böyük olduğunu söyləyib və üzərində "Made in Azerbaijan" daşıyaraq digər ölkələrdə də Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib.Sonra isə Bayramın bədii hissəsi başladı və incəsənət xadimləri İmişli sakinləri qarşısında çıxış edərək tədbirə daha da rəng qatdılar. İmişlilərin  böyük marağına səbəb olan konsert proqramı yekunlaşdıqdan isə tədbir İmişli Şəkər zavodunda davam etdi.  Zavodda rayonun icra hakimi, millət vəkilləri və zavod nümayəndələri çıxış edərək bu müəssisəsin  işə düşməsindən sonra İmişlidə və ətraf rayonlarda vətəndaşların  sosial-rifah halının yaxşılaşdığını, işsizliyin aradan qaldırıldığını  qeyd etdilər. Zavoda ən çox şəkər çuğunduru təhvil vermiş mülkiyyətçilər isə bu dəfə də diqqətdən kənarda qalmadılar. Həmin gün, ən çox məhsul təhvil verən mülkiyyətçilərə ümumilikdə 20 ton şəkər tozu və qənd hədiyyə edildi.Mükafatlandırma mərasimindən sonra 2014-cü ilin şəkər çuğunduru tədarükünə başlandı və ilk yük maşınlarının  boşaldılmasına başlanıldı.


Sizin Reklam Yeriniz