Telejurnalistə universitetdə vəzifə verildi
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Marketinq və kommunikasiya departamenti yaradılıb. ADİU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, departamentin əsas fəaliyyəti ADİU-nun yeni imici üzərində işləməkdən ibarət olacaq. Departament tədbir və konfransları təşkil edəcək. Həmçinin ADİU-da aylıq nəşr olunan "İqtisadçı" qəzeti, aseu.az saytı, "Qaynar xətt" və İctimaiyyətlə əlaqələr şöbəsi departamentin nəzdində fəaliyyət göstərəcək. Departamentin rəhbəri telejurnalist Rasim Şərifovdur.