Ağ ev nədən narahatdır?
Ağ Ev, ABŞ prezidenti Barak Obamanın, Fransa prezidenti Fransua Hollande ilə görüşündə Qərbi Afrikadakı Ebola virusunun nəzarət altına alınma cəhdləri və terror təşkilatı İŞİD-in meydana gətirdiyi təhlükənin ələ alındığını bildirib.
Movqe.az xəbər verir ki, bütün ölkələrin bu xəstəliyin yayılmasının qarşısını almaq üçün yardım etməsinin vacibliyi məsələsində həmfikir olan iki lider həmçinin, ebolanın insandan-insana keçməsinin qarşısını almaq üçün hava limanlarında sərnişinlərin nəzarətdən keçirilməsi kimi əlavə tədbirlərin alınması razılığına gəlib.