Əlaqə Arxiv
news Image
2014.10.14
14:20
| A A A
DYP-dən toy karvanlarındakı qəzalarla bağlı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında necə hərəkət etməyi öyrədən animasiya hazırlayıb.  Movqe.az  avtosfer.az-a istinadən xəbər verir ki, animasiyada toy karvanlarında hərəkət qaydaları izah olunur. Burada həm də Azərbaycandakı toy karvanlarında xarakterik qayda pozuntuları da əksini tapır və bunun təhlükəli tərəfləri izah olunur. Məsələn, işıqforun qırmızı işığında hərəkət, yolun hərəkət hissəsini nizamsız şəkildə zəbt etməklə və qarşı yola çıxmaqla digər avtomobillərə təhlükə yaratmaq kimi təhlükəli əməllər toy karvanlarında tez-tez rast gəlinən hallardır. Son vaxtlar toy karvanlarında başvermiş qəzalarda bu amillərin də rolu az deyil. Odur ki, DYP bu filmdə həmin qayda pozuntularının hansı nəticələrə gətirib çıxara biləcəyini izah edir və sürücüləri bundan çəkinməyə çağırır. Bu filmdə DYP sürücülərin və toy sahiblərinin nəzərinə çatdırır ki, yollardakı sıxlığı və toy mərasimi yerinə qədər olan məsafəni nəzərə alaraq toy karvanında maşınların sayını 6-dan çox etməsinlər. Eyni zamanda, toy karvanında olan avtomobillər mütəşəkkil şəkildə hərəkət edərkən yan-yana, dağınıq formada yox, yolun sağ hərəkət zolağı ilə bir cərgədə hərəkət etməlidir. Qeyd edək ki, sentyabrın 29-da Göyçayda toy karvanında baş vermiş ağır qəzada 9 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Sizin Reklam Yeriniz