news Image
2014.10.14
14:43
| A A A
Sabah Azərbaycanda 21-26 dərəcə isti olacaq

Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 21-26 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam saatlarında bəzi qərb ryaonlarında və Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-9 dərəcə, gündüz 12-17 dərəcə isti proqnozlaşdırılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs