news Image
2014.10.14
15:03
| A A A
Məktəblərdə namaz qılına bilərmi? - QMİ-dən açıqlama

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müsəlman müəllimlərin qeyri-dini təhsil müəssisələrində namaz qılması ilə bağlı məsələyə münasibət bildirib. 


QMİ-dən APA-ya bildirilib ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı var: 


"Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Müəllimlər və ya müəllimələrin işlədikləri yer özəl müəssisədirsə, onun sahibinin icazəsi olmadan orada namaz qılına bilməz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmaq tövsiyə olunur".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs