Əlaqə Arxiv
news Image
2014.10.14
16:07
| A A A
Ramiz Mehdiyevin kitabının müzakirəsi keçirildi

Oktyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunmuş "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib. 


Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev müasir dövrdə aktual mövzuya həsr olunan kitabın əhəmiyyətindən, məziyyətlərindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabında Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən bu regionla bağlı münaqişənin kökləri dərindən araşdırılır, faktlar əsasında təhlil edilir. Kitab alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.


Digər çıxış edənlər də bildiriblər ki, akademik Ramiz Mehdiyev "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasında çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında Dağlıq Qarabağın tarixi ilə bağlı əsl həqiqətləri rusdilli oxuculara təqdim edib. Kitabda zəngin tarixi faktlara söykənən mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılıb, Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Əsərdə Qarabağ münaqişəsinin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir.

Sizin Reklam Yeriniz