news Image
2014.10.14
17:35
| A A A
"iPhone" "Nokia"nı "vurdu"
Bu barədə Finlandiyanın baş naziri Aleksandr Stubb deyib

Movqe.az-ın məlumatına görə, bu barədə Finlandiyanın baş naziri Aleksandr Stubb deyib. O bildirib ki, "iPad" isə Finlandiya kağız sənayesini məhv edib. 2014-cü ilin aprelində "Nokia" şirkəti ABŞ-ın "Microsoft" şirkətinin tərkibinə tam daxil olub. Son bir neçə il ərzində fin şirkəti "Apple" və "Samsung" kimi istehsalçıların meydana çıxmasına görə bazardakı mövqeyini itirib. Finlandiya Avropada kağızın ən böyük istehsalçısıdır. Ancaq, dünyada bu məhsuldan istifadə son bir neçə il əhəmiyyətli dərəcədə azalıb. Çünki, planşet kompüterləri və elektron kitablar ənənəvi çap sənayesinin rəqibinə çevrilib və bu bazara mənfi təsir edib. Finlandiyanın baş naziri əmindir ki, şirkət informasiya texnologiyaları sahəsində, meşə sənayesi sahəsində öz mövqelərini qaytara biləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs