news Image
2014.10.15
11:35
| A A A
Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov Miyənkü kəndində görüş keçirib

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun səyyar qəbulu növbəti dəfə Miyənkü ərazisində keçirilmişdir. Miyənkü ərazisi Miyənkü, Nəzəroba və Kubin yaşayış məntəqələrini əhatə edir. Ərazinin 2398 nəfər əhalisi və 704 ha torpaq sahəsi vardır.Həmçinin ərazidə 1 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 feldşer-mama, 1 həkim məntəqəsi, 1 kənd klubu, və 1 kənd poçtu fəaliyyət göstərir.Miyənkü ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini bildirmişdir.

Kənd ağsaqqallarından Sadıx Məmmədov, Vəliməmməd Salmanov kənd ziyalılarından Xudaqulu Tahirov, Şahismayıl Məmmədov kənd sakinlərindən Xudaverdi Ağayev, Zahid Nemətov və başqaları çıxış edərək Miyankü ərazisində AzKİL-2 layihəsinin köməkliyi ilə 3100 metr kəndarası yollar cari təmir olunmasına, qəza vəziyyətində olan 12 elektrik dirəklərini yenisi ilə əvəz olunmasına, ərazi nümayəndəliyinin binasının cari təmir edilməsinə, ərazi nümayəndəliyinin həyətində müasir formalı hasarın çəkilməsinə, İstirahət mərkəzinin yaradılmasına, Miyankü-Nəzəroba yolunun təmir edilməsinə, Kəndlərdə müntəzəm abadlıq işlərinin aparılmasına, zibilliklərin təmizlənməsinə, Miyankü məscidinin dam örtüyünün dəyişdirilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.Sonra sakinlər Miyankü ərazisində kəndarası yolların təmir olunmasına, qəza vəziyyətində olan digər elektrik dirəklərini yenisi ilə əvəz olunmasına, istirahət mərkəzinin tikintisinin başa çatdırılmasına, Miyankü-Nəzəroba yolunun təmir olunmasına, kəndlərdə abadlıq işlərinin aparılmasının davam etdirilməsinə köməklik göstərilməsini Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovdan xahiş etmişlər.Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs