news Image
2012.07.18
18:30
| A A A
Hərəkətsizlik hər il 5 milyon adamın ölümünə səbəb olur
Movqe.Az bildirir ki, Dünya əhalisinin üçdə biri kifayət qədər hərəkət etmir. Nəticələri "The Lancet" jurnalında nəşr olunan araşdırmaya görə, bu "tənbəllik" ildə 5 milyon adamın ölümünə səbəb olur.

Dünya səviyyəsindəki ölümlərin təxminən 10 faizi hərəkətsiz həyatın gətirdiyi xəstəliklərdən qaynaqlanır.

15 yaşdan yuxarı hər 10 adamdan 3-ü kifayət qədər hərəkət etmir, 13-15 yaş arası uşaqların isə beşdə dördü fiziki olaraq kifayət qədər aktiv deyil.

Qadınlar daha da hərəkətsizdir. Qadınlar arasında hərəkətsizlik daha çoxdur və yaş irəlilədikcə artır.

Fiziki fəaliyyətin fərqli xəstəliklərlə əlaqəsini ələ alan ikinci bir araşdırmaya görə, 2008-ci ildə qeydə alınan 57 milyon ölümün 5,3 milyonu kifayət qədər hərəkət etməməklə əlaqəlidir.

Ürək damar xəstəliklərinin 6, şəkər xəstəliyinin 7, sinə və qalın bağırsaq xərçənginin 10 faizinə hərəkətsiz həyat təsir edir.

Elm adamları, hər yerə avtomobillə getmək, davamlı olaraq televiziya və ya kompüter qarşısında oturmaq yerinə insanların daha çox hərəkət etməsini təmin etmək üçün, piyada və velosipedlərin təhlükəsizliyinin təmin edilməsi, məktəbdə idman dərslərinin və xalqın pulsuz faydalana biləcəyi idman sahələrinin artırılmasını tövsiyə edib.

Araşdırmada, həftədə ən az beş dəfə yüngül və ya üç dəfə sıx fiziki fəaliyyətdə olmayan insanlar hərəkətsiz olaraq qiymətləndirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs