Əlaqə Arxiv
news Image
2014.10.15
14:58
| A A A
MTRŞ səlahiyyətlisindən falçıları efirə çıxaran kalan və verilişlərə status...
Təvəkkül Dadaşov: "Adam dilinən deyir də ki, mən dəliyəm, gicəm, ruhi xəstəyəm..." Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ekstrasens və falçıları efirə çıxaran kanal və verilişləri tənqid edib. Movqe.az xəbər verir ki, bu barədə T. Dadaşov özünün sosial şəbəkədəki hesabında belə bir status yazıb: "Dünən Space-də yayımlanan "Günaydın" verilişinə baxmalı oldum, necə deyərlər, işimin icabı. Verilişə vergili insanlar- ekstrasenslər, falçılar dəvət edilmişdi və onlar necə olub belə vergili olmalarının tarixçəsini danışırdılar. Məsələn, baxıcı Yeganə dedi ki, mən xeyli müddət dəlixanada yatmışam, Aqil adında baxıcı dedi ki, vaxtilə ciddi əsəb gərginliyi, stress, depressiya keçirib, "ekstrasens" Tamella isə dedi ki, uşaqlıqdan mənə dəli, havalı, gic deyirdilər. Bu etiraflardan sonra belələrini qınayanlara, verilişə "ekspert" kimi dəvət edib reytinq qazananlara, eyni zamanda onlara inananlara, onların yanına şəfa dalınca gedənlərə nə deyəsən...Adam dilinən deyir də ki, mən dəliyəm, gicəm, ruhi xəstəyəm..."

MTRŞ səlahiyyətlisinin bu statusu sosial şəbəkədə müzakirə obyektinə çevrilib. 

Sizin Reklam Yeriniz