news Image
2014.10.15
17:35
| A A A
Fələstinlə Anlaşma Memorandumu imzalandı

Oktyabrın 15-də Azərbaycan Respublikası və Fələstin Dövləti Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.Movqe.az xəbər verir ki, sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşündə imzalanıb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında E.Məmmədyarov sənədə əsasən məsləhətləşmələrin ildə bir dəfə Bakıda, bir dəfə Ramallada keçiriləcəyini deyib. E.Məmmədyarov görüşdə Azərbaycan ilə Fələstin arasında sosial sahədə, xüsusilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib. Nazir Azərbaycanın Fələstinə humanitar yardımının və beynəlxalq təşkilatlar çərçivəsində dəstəyinin bundan sonra da davam etdiriləcəyin söyləyib. Riyad əl-Maliki Fələstinin Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. O, azərbaycanlı həmkarı ilə görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəlindiyini söyləyib. Nazir Fələstinə göstərdiyi humanitar yardıma və beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs