Əlaqə Arxiv
news Image
2014.10.15
23:16
| A A A
İŞİD bir addımlıqda
İŞİD terror qruplaşması İraqın şimalında zəbt etdiyi şəhərlər sırasına birini də əlavə edib. 

ANS TV-nin məlumatına görə, Anbar vilayətinin Hit şəhəri də artıq İŞİD silahlılarının nəzarətinə keçib. İraq ordusu, kürd dəstələri terrorçuların qarşısında davam gətirə bilməyərək şəhəri tərk edib. Əvəzində Hit şəhəri ilə bərabər İŞİD-in daha da güclənməsi üçün onlara xeyli silah sursat hədiyyə etmiş olublar. İraq döyüşçüləri ikinci iri hərbi baza olan Asad bazasına çəkiliblər. Bu baza da İŞİD-in mühasirəsindədir. Bazanın ələ keçəcəyi təqdirdə Bağdadın işğalı qaçılmaz olacaq. İŞİD silahlılarının Bağdadın 12 kilometrliyində olduğu, döyüşlərin Bağdad aeroportu yaxınlığında getdiyi bilidirilir. 

Aeroportun terrorçuların əlinə keçmə təhlükəsi böyükdür. İŞİD Bağdadı içəridən də sarsıtmağa başlayıb. Kazımiyyə rayonunda avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində 32 nəfər ölüb, 52 nəfər yaralanıb. Partlayış hərbi postun yaxınlığında baş verib. Ölənlər arasında, eyni zamanda, parlamentin şiə deputatı Əhməd əl-Xəfəci də var. Hücuma görə, İŞİD terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Son 3 gündə, əsasən, şiələrin məskunlaşdığı bölgələrdə baş verən partlayışlar zamanı ölənlərin sayı 70-i keçib.

ABŞ-ın avia zərbələri, Suriyanın Kobani vilayətində olduğu kimi İraqda da nəticəsizdi. İŞİD yaraqlıları hücümlarının kəsərini artırırlar. Birləşmiş Ştatlar prezidenti Barak Obama uzunmüddətli müharibə olacağı proqnozunu verib. 
Sizin Reklam Yeriniz