Əlaqə Arxiv
news Image
2014.10.16
14:25
| A A A
Dövlət qurumlarının nümayəndələri yas sahibindən 200 manat rüşvət alıblar-Eksklüziv
Fazil Mustafa: "Azərbaycanda bəzi dövlət qurumlarının nümayəndələri yas mərasimlərinə gedərək rüşvət alıb ehsan süfrəsinin açılmasına göz yumurlar" "Azərbaycanda bəzi dövlət qurumlarının nümayəndələri yas mərasimlərinə gedərək rüşvət alıb ehsan süfrəsinin açılmasına göz yumurlar. Mənə bu günlərdə belə bir məlumat verilib ki,dövlət qurumlarından birinin səlahiyyətliləri  ehsan süfrəsinin açıldığı yas mərasimlərindən birinə gedərək rüşvət alıblar. Məlumata görə, onlara ehsan süfrəsinin verilməsinə şərait yaratdıqlarına görə 200 manat məbləğində rüşvət verilib". Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. F. Mustafa bildirib ki, yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasına çox təəssüf ki, vətəndaşlar əlavə xərcə düşməklə olsa belə, rüşvət verərək şərait yaradırlar: "Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasında çadır mafiyasının rolu böyükdür. Onlar bu kampaniyanın dayandırılması üçün əməlli-başlı mübarizə aparırlar".   
Sizin Reklam Yeriniz