news Image
2014.10.16
17:49
| A A A
Dünyanın 2 təhlükəsinin adı açıqlandı

"Ebola xəstəliyi və İslam Dövləti yaraqlıları dünyaya iki ən böyük təhlükədir".Movqe.az xəbər verir ki, bunu BMT-nin insan haqları üzrə komissarı Zeid Raad al-Hussein bildirib. Onun fikrincə, bu iki təhlükə dünyanın etinasızlığı sayəsində baş qaldırıb. Al-Hussein BMT-nin insan haqları üzrə komissarı kimi ilk dəfə mətbuat konfransı keçirib və deyib ki, onun idarəsi Ebola xəstəliyi ilə mübarizədə bələdçi rolunu oynayacaq qaydalar hazırlayır.  Komissar İslam Dövləti yaraqlılarını isə potensial soyqırımı hərəkatı adlandırıb: "Bu qruplaşma insan haqlarının tam əksidir, onlar öldürür, işgəncə verir, onların ədaləti öldürməkdir".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs