Bakıda pik saatlarında xəttə əlavə avtobuslar buraxılır
Bakıda pik saatlarında xəttə
əlavə avtobuslar buraxılır. Bunu bu
gün jurnalistlərə açıqlamasında Azərbaycan nəqliyyat nazirinin
müavini Musa
Pənahov deyib. Onun sözlərinə görə, hər bir yerdə sərnişin nəqliyyatı ilə
bağlı məsələlər araşdırılır və buna uyğun olaraq avtobusların sayı
müəyyənləşdirilir: "Bütün bunların hər birinin optimallaşması və
marşrutlarda insanlara daha yüksək xidmətin göstərilməsinə ehtiyac
yarandığı təqdirdə xəttə əlavə avtobuslar
buraxılır". Nazir müavini bildirib ki,
marşrutlarda, əsasən, tələbata uyğun avtobusların sayı
müəyyənləşdirilir: "Amma sözsüz ki, müəyyən pik saatlarda
problemlər yaranır. Təbii ki, bu da əlavə avtobus parkının
yaradılmasını zəruri edir. Bununla bağlı olaraq aidiyyəti qurumlar
ehtiyatda avtobuslar saxlayırlar. Həmin avtobuslar isə xidmət
tərəfindən tənzimlənərək pik saatlarında sərnişinlərə xidmət etməyə
cəlb olunur".