news Image
2014.10.16
18:13
| A A A
Türkiyə-Suriya sərhədi meyit qoxur

İŞİD və YPG yaraqlıları arasında günlərdir davam edən döyüşlər nəticəsində Suruçun sərhəd kəndlərini meyit qoxusu bürüyüb.Movqe.az "Xəbər7"yə istinadən xəbər verir ki, xüsusi ilə Kobani sərhədindən təxminən 500 metr məsafədə olan Çəngəlli kəndində yaşayan vətəndaşlar silah səslərinə adət etmişdilər, indi də meyit qoxusuna alışırlar. İŞİD-çilər öz yaralılarının güllələyir. Suruçun cənub-şərqindəki yerli əhali tərəfindən adı kürdcə Əlizera kimi tanınan Çəngəlli kəndinin camaatı havadan cəsəd qoxusunun gəldiyini deyir. Onların sözlərinə görə, İŞİD yaraqlıları öz yaralılarını kənd sərhədinə gətirib güllələyir və meyiti də günlər sonra gəlib götürürlər. Kənd sakinlərdən biri olan Ethem Eşiyok qeyd edib: "Qırıcıların səsi axşamlar da gəlir, yatmaq olmur.

Ölən insanların qoxuları bura qədər gəlir. 4-5 gün qalan meyidin qoxusundan yata bilmirik. Heyvanlardan daha da pis qoxu gəlir. İŞİD yaraqlıları yaralılarını güllələyirlər. Silah səslərini eşidirik. Əvvəllər qapılarımızı kilidləmədən yatırdıq. Ancaq indi İŞİD-çilər gəlib bizi də kəsəcək deyə qorxudan yata bilmirik. Sözün açığı, silah və qırıcı səslərinə öyrəşmişik. Uşaqlar da öyrəşib".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs