news Image
2014.10.17
09:47
| A A A
Əcnəbilərin uçotu "Azərpoçt"un şöbələrində aparılacaq

Dövlət Miqrasiya Xidmətinin (DMX) əcnəbi vətəndaşların miqrasiya uçotuna alınması haqqında bildirişi "Azərpoçt" MMC-nin poçt şöbələri vasitəsilə həyata keçiriləcək. Bu barədə Movqe.az-a nu "Azərpoçt"-dan məlumat verilib.MMC-dən qeyd ediblər ki, əcnəbi vətəndaşlar istənilən poçt şöbəsi vasitəsilə gəlmə və olma yeri haqqında bildiriş verə bilərlər. MMC və DMX arasında artıq müqavilə imzalanıb və xidmətdən yaxın vaxtlarda istifadə etmək mümkün olacaq.Qeyd edək ki, son ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8301 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 96 575 əcnəbinin müraciəti qeydə alınıb.Bununla yanaşı, işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 12 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 11 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs