news Image
2014.10.17
13:10
| A A A
Siyavuş Novruzovdan Naxçıvana bağlı təklif

Millət vəkili Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə müəyyən addımlar atılmasının zəruruliyini bildirib.S.Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib: "Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Naxçıvan Muxtar Respublikasının 90 illiyi geniş şəkildə qeyd olunur. Bu il həm də müstəqillik tariximizin ildönümünün qeyd edildiyini nəzərə alaraq, addımlar atılmalıdır. Tarixə nəzər salsaq görərik ki, müstəqilliyə gedən yolun əsası Naxçıvan MR-dən başlayıb. Ümummilli lider Heydər Əliyev orada Ali Məclisin sədri olan dövrdə ilk dəfə Sovet Sosialist Respublikası sözü həmin şəhərin ali məclisindən çıxarılıb. Eyni zamanda, Azərbaycanın üçrəngli bayrağı məhz Naxçıvanda qaldırılıb. Həmrəylik Günü də məhz orada elan edilib və Milli Məclisdə də bu məsələyə baxılaraq qəbul edilib".

Millət vəkili xatırladıb ki, Leninqrada (hazırkı Sankt-Peterburq) o vaxt 4 illik blokadasına görə qəhrəman şəhər statusu verildi: "Hesab edirəm ki, Leninqrad 4 il blokadada qalaraq bu statusu alıbsa, Naxçıvan 24 ildir blokadada yaşayır. Bu baxımdan, bu il Naxçıvanın 90 illiyi, həm də müstəqilliyimizin ildönümünü nəzərə alaraq, parlamentdə məsləhətləşmələr aparıb Naxçıvan haqqında hər hansı bir qərar qəbul etməyinizi təklif edirəm. Bu da Naxçıvanın daha da güclənməsinə bir töhfə olar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs