news Image
2014.10.18
10:06
| A A A
Məsciddə qan töküldü: 2 ölü

Türkiyənin Sakarya vilayətinin Kocaali mahalındakı məsciddə qətl hadisəsi törədilib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, məscidə cümə namazına gedən iki əmioğlu silahlı hücuma məruz qalıb. Nəticədə 56 yaşlı Burhanettin Cengiz ölüb, 54 yaşlı Abuzer Cengiz isə ağır yaralanıb.

Allahın Evində baş verən bu hadisəyə Cengiz və Şahinlər ailəsi arasında 40 ildir davam edən qan davası səbəb olub. Düşmənlərindən "qisas"alan Hasan Şahin isə, hadisə yerindən qaçıb. Amma bir neçə dəqiqə sonra onun da öldüyü məlum olub. Hasan Şahin Məsciddən uzaqlaşdıqdan sonra tapança ilə başına atəş açaraq intihar edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs