Əlaqə Arxiv
news Image
2014.10.18
22:15
| A A A
Ukraynadan Rusiyaya nota
Ukrayna Rusiyaya nota verib.

Movqe.az-ın Milli.az-a istinadən xəbər verir ki , bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Yevqeni Prebeynos açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna XİN rus jurnalistlərin ölümündə təqsirli bilinən pilot Nadejda Savçenkonun psixiatrik ekspertizaya göndərilməsi səbəbindən Rusiyaya nota verib.

"Biz Rusiya Xarici İşlər Nazirliyinə nota göndərdik. Çünki ukraynalı pilot Nadejda Savçenko psixiatrik ekspertiza zamanı işgəncələrə məruz qalır", - deyə XİN-in açıqlamasında bildirilir.

Oktyabrın 13-də Savçenko stasionar psixoloji-psixiatrik ekpertizadan keçirilməsi üçün Moskvaya gətirilib.


Qeyd edək ki, Savçenko bu ilin yay aylarında tutulub. O, Ukraynanın şərqində rusiyalı jurnalistlərin ölümündə ittiham olunur.

Sizin Reklam Yeriniz