Əlaqə Arxiv
news Image
2014.10.18
14:02
| A A A
Sanksiyalar Kadırovun atına da təsir etdi
Avropa Birliyinin Rusiyaya və şəxsən Çeçenistan lideri Ramzan Kadırova qarşı tətbiq etdiyi sanksiyalar çeçen liderin atının qazandığı mükafata da təsirsiz ötüşməyib.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, Kadırovun Zaza adlı atı yarışlarda qalib gəlsə də mükafata layiq görülməyib.

Belə ki, Almaniyanın Baden Baden şəhərində keçirilən at yarışlarında qalib gələn Kadırova təşkilatçılar 5 min avronu verməkdən imtina ediblər.

Qeyd edək ki, bu ilin iyul ayında Ramzan Kadırov Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına düşüb. Bunun əvəzində Çeçenistan lideri İnstagram səhifəsində özünün qara siyahısına düşən avropalı siyasətçilərin adlarını paylaşmışdı. Bu siyahıya ABŞ prezidenti Barak Obama, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa Şurasının sədri Herman Van Rompey, Avropa Birliyinin Ali diplomatı Ketrin Eşton, Avropa parlamentinin nümayəndəsi Martin Şults daxildir. Kadırov bu şəxslərin Çeçenistana gəlməsini qadağan edib.
Sizin Reklam Yeriniz