news Image
2014.10.18
12:11
| A A A
İŞİD-ə qoşulan ata 8 yaşlı oğlunu da özüylə aparıbmış
Kosovolu cocuq Suriyadan geri gətirildi

"Associated Press" (AP) agentliyi cihad məqsədi ilə Kosovodan Suriyaya getmiş ata və oğulun taleyi ilə bağlı araşdırma aparıb. İslamçılara qoşulmağa qərar verən ata 8 yaşlı oğlunu da özü ilə götürüb. Yalnız Kosova xüsusi xidmət orqanlarının müdaxiləsindən sonra uşağı geri qaytarmaq mümkün olub. "Mən elə bildim ki, ərim oğlunu özü ilə birlikdə tətilə aparır, mənə demişdi ki, bir neçə gün istirahətdə olacağıq. Üç gün sonra isə ərim Arbendən SMS atdı. Yazmışdı ki, biz Suriyadayıq", 30 yaşlı Pranvera Zena Abazi agentliyə açıqlamasında belə deyib. Gənc ana oğlu Eriona yenidən qovuşub. Kosova rəsmiləri sadəcə onu qeyd ediblər ki, keçirilmiş əməliyyat "incə və təhlükəli" olub. Zena Abazi deyib ki, yeganə uşağı olan oğlu ilə görüşü təsvir etmək üçün o, münasib söz tapa bilmir: "Dedilər ki, gedək, sənin oğlun vətənə gətirilib".
Agentlik qeyd edir ki, bəzi islamçılar elə zənn edirlər ki, onlar xilafətdə öz övladları ilə daha xoşbəxt yaşaya bilərlər. Ona görə də savaşa uşaqları ilə birlikdə getməyə üstünlük verirlər.
Zena Abazi isə oğluna görə çox narahat idi. Ona görə də Facebook-da səhifə açaraq fəaliyyətə başlayıb. Kosovo və Albaniya mediasına müsahibələr verib. Son vaxtlar adı çəkilən ölkələrdən Suriya və İraqa gedən gəclərin çoxalması səbəbindən bu qadının çağrışları cəmiyyət tərəfindən xüsusi həssaslıqla qarşılanıb.
Kosovo mediası iddia edir ki, 8 yaşlı uşağı Suriayada döyüşmüş bir kosovolu özü ilə birlikdə vətənə gətirib. Törətdiyi əməldən peşiman olan həmin islamçı günahını etiraf edərək dövlətdən əfv olunmasını xahiş edib. Rəsmi şəxslərsə Kosovo mediasının ortaya atdığı bu iddianı nə təsdiq, nə də təkzib edirlər.
Agentlik bildirir ki, uşaq Kosovoya Türkiyədən havaya qalxan uçaqla gətirilib. Uşağın atası Arben Zenanın İraqda döyüşdüyü ehtimal edilir. Abazi Zena bildirib ki, uzun müddətdir ki, ərindən heç bir xəbər gəlməyib.
"Associated Press" agentliyi xatırladır ki, bu günlərdə Morokodan Suriyaya uçmaq istəyən bir islamçı saxlanılıb. O, 2 və 4 yaşlı qızlarını da xilafətə aparmaq istəyirmiş. Maraqlıdır ki, uşaqların anası fransızdır və ərinin bu istəyindən xəbərsiz olub. Kosovolu ana deyib ki, onun oğlu futbol oynamağı sevir: "Mən onun hər bir arzusunu yerinə yetirməyə hazıram. Oğlumun xöşbəxtliyi mənim üçün hər şeydən üstündür. Onunla yenidən bir yerdə olmaqdan gözəl heç nə ola bilməz".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs