Əlaqə Arxiv
news Image
2014.10.18
20:00
| A A A
6 minə yaxın məhkum əfv olunub

İndiyədək Prezident tərəfindən imzalanmış əfv sərəncamları ilə 5938 nəfər əfv olunub.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu gün əfv sərəncamının icrası ilə bağlı 2 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbir zamanı Penitensiar Xidmətin rəis müavini Rafiq Ramazanov bildirib ki, indiyədək 57 əfv sərəncamı imzalanıb.

O qeyd edib ki, 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı ilə 7 məhkum azadlığa buraxılıb. Onlar ağır cinayətlərə görə məhkum olunublar.

Əfv olunanlar Prezidentin bu sərəncamını yüksək qiymətləndirib,əməllərindən peşman olduqlarını bildiriblər. Azadlığa çıxandan sonra sağlam həyat tərzi keçirəcəklərini, cəmiyyət üçün yararlı olacaqlarını vəd ediblər.

Tədbirdə Ombudsman Aparatının, ictimaiyyətin, KİV-lərin nümayəndələri iştirak edib.

Qeyd edək ki, ötən gün imzalanan sərəncam 84 nəfər məhkuma şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 80 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 2 və cərimə cəzasına məhkum edilmiş 1 nəfər isə cəzadan tam azad ediliblər.

Sizin Reklam Yeriniz