news Image
2012.04.11
10:28
| A A A
Qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə çatdırılacaq
ARDNŞ yaxın illərdə ölkədə 26 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

Bakının Ələt qəsəbəsində neft-qaz emalı və neft-kimya kompleksinin tikintisinə gələn ilin əvvəlindən başlanacaq. Bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, kompleksin tikilməsi üçün tender elan olunacaq və gələn ilin birinci rübündə tikintiyə başlanılacaq. Azərbaycan kompleksdən neft, qaz və neft-kimya emalı sahəsində yüksək keyfiyyətli məhsullar əldə edəcək, bu, ölkə iqtisadiyyatına böyük töhfələr verəcək. O deyib ki, bizim 5-ci dərəcəli hesablamalarımıza görə, layihənin ümumi dəyəri 14 milyard manata yaxın olacaq. Bu kompleksin əsas səhmdarı Neft Şirkətidir. Tikintiyə təkcə Neft Fondu deyil, eyni zamanda Eximbank 5 milyard manat vəsait ayıracaq. Hazırda digər şirkətlərin səhmdar kimi imkanlarına baxılır. Təkliflər va və biz bunu dəyərləndirəcəyik.

O bildirib ki, Azərbaycanın Dövlət Neft Şirkəti yaxın illərdə ölkədə 26 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək. Onun sözlərinə görə, ARDNŞ Bakının giriş-çıxış və görünən hissələrində yanacaqdoldurma məntəqələri istifadəyə verməyə çalışır. İndiyədək Azərbaycanda müasir standartlara uyğun 15-ə yaxın yanacaqdoldurma məntəqəsi açılıb.

Onun sözlərinə görə, Azərbaycanda qaz hasilatı 2015-ci ildə 30 milyard, 2025-ci ildə isə 50 milyard kubmetrə çatdırılacaq. O vurğulayıb ki, bu, regionda və Avropada Azərbaycanın rolunu daha da artırmağa imkan verəcək: "2020-ci ildə Avropanın enerji istehlakının 70%-i, 2030-cu ildə isə 80%-i idxal məhsulları hesabına formalaşacağı barədə ekspert rəyləri Azərbaycanın ixracda önəmli rol oynayacağını proqnozlaşdırmağa əsas verir. Bu gün Azərbaycan müxtəlif marşrutlarla dünyanın 30-dan çox ölkəsinə neft ixrac edir. Azərbaycan qaz hasilatında da önəmli yer əldə edib. Qaz idxal edən ölkədən qaz ixracatçısına çevrilib. 2004-2011-ci illərdə ölkədə qaz hasilatı 5,2 dəfə artaraq, 5 milyard kubmetrdən 26 milyard kubmetrə çatıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs