Əlaqə Arxiv
news Image
2014.10.19
14:05
| A A A
McDonaldchr("39")s-da yoxlamalar başlandı

Rusiyanın müvafiq orqanları McDonald's restoranlar şəbəkəsinin 200-dən artıq mərkəzində yoxlamalar keçirir.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, bu barədə McDonald's-ın açıqlamasında bildirilir.

McDonald's-ın rəsmi saytındakı məlumata görə, bu şirkətin Rusiyada 450 mərkəzi fəaliyyət göstərir.

Şirkət öz İnternet səhifəsində yerləşdirdiyi bəyanatında bildirib ki, McDonald's bundan sonra da Rusiyada uğurla fəaliyyət göstərmək əzmindədir: "Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Artıq şirkətin 9 restoranı bağlanıb. Ölkə prokurorluğu da şirkətin fəaliyyətini araşdırır.

Agentlik qeyd edir ki, McDonald's dünyanın yüzdən artıq ölkəsində 35 mindən artıq çevik xidmət göstərən restoranlar zəncirinə sahibdir. McDonald's hər gün 70 milyondan artıq insana xidmət göstərir.

Analitiklər əmindirlər ki, bu yoxlamaların arxasında dayanan əsas amil Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlıdır.

Sizin Reklam Yeriniz