Əlaqə Arxiv
news Image
2014.10.19
16:00
| A A A
Rusiyada polisə hücum: ölən və yaralılar var
Rusiyanın Kabardin-Balkar respublikasında yol-patrul xidmətinin polis əməkdaşları naməlum silahlıların hücumuna məruz qalıb.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, paytaxt Nalçikdə qeydə alınan hadisə zamanı polis əməkdaşlarından biri ölüb, biri isə yaralanıb.

BBC telekanalı bildirib ki, polis şübhəlilərin avtomobilini yoxlama üçün saxlayan zaman baş verib. Polis sürücünün sənədlərini yoxlamaq istəyib. Bu zaman avtomobildəki sərnişinlər polisə atəş açmağa başlayıblar.

Atışma zamanı polis hücum edən şəxslərdən biri zərərsizləşdirməyi bacarıb. Lakin digər 3 nəfər qaçmağa müvəffəq olub.

Faktla bağlı istintaq başladılıb. Zorakı şəxslər axtarışa verilib.
Sizin Reklam Yeriniz