news Image
2014.10.19
15:10
| A A A
Azərbaycanda 6 yaşlı uşağı avtomobil vurub

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Gəncə sakiniSeymur Qasımovidarə etdiyi "Mercedes" markalı avtomobillə Göygöldən Hacıkənd istiqamətinə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göygöl sakini, 6 yaşlıMürsəl Yusibovu vurub. Daha sonra idarəetməni itirən sürücü avtomobili yolun kənarındakı ağaca çırpıb. Qəzada sonra ağır bədən xəsarətləri alan piyada Mürsəl Yusibov Gəncə Şəhər Təcili Tibbi yardım Stansiyasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Yol nəqliyyat hadisəsini törədən sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məharət Kərimov, həkim:"2008-ci il təvəllüdlü, Göygöl sakini Yusibov Mürsəl Ramiz oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun üzərində çoxsaylı xəsarətlər olduğundan birbaşa reanimasiya şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralının 2 saylı uşaq xəstəxanasına köçürülməsi məqsədəuyğun hesab olunub. Vəziyyəti orta ağırdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs