news Image
2014.10.20
11:54
| A A A
"Azəristiliktəhcizat" ASC-Bakıda bütün məktəblər qızdırılacaq-Özəl
"Azəristiliktəchizat" ASC tərəfindən növbəti payız-qış mövsümündə 281 məktəb istiliklə təmin olunacaq. Movqe.az-a bu məlumatı "Azəristiliktəchizat" ASC-nin  Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev  verib. R. Əliyev bildirib ki, Bakı şəhərində layihə üzrə "Azəristiliktəhcizat" ASC-nin mənbələrinə qoşulan bütün məktəblər  istiliklə bu mövsüm də təmin olunacaq. R. Əliyev bildirib ki, hazırda paytaxt Bakıda elə məktəb yoxdur ki, mərkəzləşmiş istilik sisteminə qoşulmasın. Onun sözlərinə görə, qurumun qazanxanalarına qoşulmayan məktəblər öz qazanxanalarının hesabına istiliklə təmin olunacaq. R. Əliyev bildirib ki, 2014/2015-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni qaz xəttinin çəkilməsi, magistral və məhəllədaxili istilik xətlərinin yenisi ilə əvəz edilməsi, sosial obyektlərin aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması istiqamətində tədbirlərin icrası davam etdirilib. Bundan başqa 2014-ci ilin investisiya proqramı çərçivəsində "Azəristiliktəchizat" ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası istiqamətində 370 müxtəlif tipli layihələr həyata keçirilib. Bu layihələrin icrası olaraq 9 yeni qazanxana tikilmiş, 15 qazanxananın müasir tipli avadanlıqlarla təmin olunaraq yenidən qurulub, 8 obyektdə modul tipli və kaskad tipli istilik mənbəyi yaradılıb, 7 istilik məntəqəsi yenidən qurulmaqla qazanxanaya çevrilib, qazanxanaların qazlaşdırılması ilə əlaqədar 48 layihə icra olunub, 4 məktəbin, 3 uşaq bağçasının, 3 səhiyyə müəssisəsinin və 4 digər sosial obyektin aşağı paylayıcı və binadaxili istilik sistemləri, 270 yaşayış binasının aşağı paylayıcı istilik sistemləri yenidən qurulub. Bu da 2014/2015-ci illər payız-qış mövsümündə 281 məktəbin, 155 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunmasına imkan verəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs