news Image
2014.10.21
19:33
| A A A
Pensiyalarla bağlı problem
"Əhalinin pensiya ilə təmin olunmasında problemlərin yaşanmaması üçün Azərbaycandakı pensiya islahatları müasir beynəlxalq çağırışlara və inkişafa uyğunlaşdırılmalıdır. Bunun üçün isə uzunmüddətli və dayanıqlı maliyyə təminatı və tam təşəkkül tapmış sosial sığorta pinsipləri olmalıdır." 

ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O, "Azərbaycan" qəzetinə müsahibəsində bildirib ki, vətəndaşlara əlavə pensiya təminatına imkan verən mexanizmlər formalaşdırılmalı, pensiya sistemləri fərdi yığım planları ilə əvəz edilməlidir. Azərbaycanda məcburi real yığım komponentindən istifadə edilir. Lakin bununla bağlı kifayət qədər ehtiyatlı olmaq lazımdır. Belə ki, qlobal maliyyə böhranı bu üsulun təhlükəsiz olmadığını göstərib. 

Onun sözlərinə görə, dünyada yaşlı insanların artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin maliyyələşdirilməsində problemlər yaradır. Pensiya sistemlərindəki problemlər demoqrafik tendensiyalar, iqtisadiyyatın qloballaşması, miqrasiya artımı kimi təsirlərdən qaynaqlanır. Dünyada doğum səviyyəsinin azalması və orta ömür həddinin artması, "qlobal yaşlanma" problemi ailə xarakteristikasına, dünya quruluşuna, bir sözlə, bütün sosial, iqtisadi, siyasi aspektlərə təsir edir. 

BMT-nin hesablamaalarına görə, dünyada 59 yaşdan yuxarı əhalinin xüsusi çəkisi qarşıdakı 20 ildə təqribən 50 faiz artacaq. Nəticədə 25 yaşlı insanların sayı hər 25 ildən bir 20 faiz azalacaq. Gənclərin azalması isə pensiya mənbələrinin ödənilmə mənbəyinin azalması deməkdir.

E.Mehdiyevin fikrincə, yaşlı insanların artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin maliyyələşdirilməsində problemlər yaradır. Bütün bunlar inkişaf etməkdə olan bazar iqtisadiyyatı ölkələrinin pensiya sistemlərinə daha çox təsir göstərir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs