Əlaqə Arxiv
news Image
2012.07.19
14:30
| A A A
40 saat oyun oynayan gənc öldü
Movqe.az bildirir ki, Tayvanda bir internet kafedə 40 saat ərzində "Diablo 3" oynayan 18 yaşlı gənc, uzun müddət hərəkətsiz qaldığı üçün dünyasını dəyişib. Çuanq adlı bu gənc "Diablo 3" oyununu oynamaq üçün intenet kafedə xüsusi bir otaq kirayəyə götürüb.

40 saat ərzində hərəkətsiz qalıb yemək yeməyə də laqeydlik edən Çuanq otağa girən internet kafe işçisi tərəfindən huşsuz halda tapılıb.

Xəstəxanaya aparılan gənc qısa bir müddətdən sonra dünyasını dəyişib.

Cəsədin yarılmasından sonra ölüm səbəbi olaraq uzun müddət eyni mövqedə qalması ilə bağlı ürək və damarlarında problem baş verib.


Sizin Reklam Yeriniz