news Image
2014.10.21
20:00
| A A A
Qış çox sərt olacaq?
 Qonşu ölkələrdə qış sərt üzünü göstərib. Artıq Rusiya və Türkiyəyə qar yağıb, temperatur xeyli aşağı düşüb. Bunun nəticəsi olaraq, artıq Azərbaycanda da havalar soyuyub. Görəsən, qarlı-boranlı qışın ölkəmizə tez gəlməsini gözləmək olarmı?  Ekoloq Telman Zeynalov hesab edir ki, bu il Azərbaycanda qış çox sərt olacaq.

XezerXeber.com-un məlumatına görə, o milli.az-a açıqlamasında ölkədə bu yay havaların çox quraq və isti olduğunu yada salıb. Ona görə də bunun tam əksini gözləmək lazımdır:

"Ölkədə iki ay yarım quraqlıq oldu. Ona görə də qışı sərt gözləmək lazımdır. Temperatur mənfi 7-8 dərəcəyədək düşəcək, qış qarlı keçəcək. Son günlər müşahidə edilən havalar da göstərir ki, qış tez gələcək. Rusiyada artıq hava kəskin soyuyub və həmin hava cənuba doğru hərəkət edir", - deyə T.Zeynalov xəbərdarlıq etdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirdi ki, qış haqda indidən danışmaq tezdir. Havaların soyuması qışın tez gəlməsinə dəlalət etmir. İndidən qışın necə keçəcəyi barədə proqnoz vermək qeyri-ciddi görünər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs