Əlaqə Arxiv
news Image
2014.10.22
13:01
| A A A
Bakı aeroportu İstanbul-İslamabad reysi üçün tranzit kimi istifadə oluna bilər

"Turkiyə Hava Yolları" Heydər Əliyev Beynəlxalq Hava Limanından İstanbul-İslamabad aviareysi üçün tranzit qismində istifadə edə bilər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Trend-ə bildirib ki, Azərbaycan və Pakistan hökumətləri bu təşəbbüslə çıxış ediblər. Onun sözlərinə görə, hər iki hökumət Türkiyə şirkətinin rəhbərliyi ilə adıçəkilən reysin həyata keçirilməsinə dair razılığa gəliblər.

Səfir deyib ki, "Turkish Airlines"ın İstanbul-Bakı-İslamabad reyslərini həyata keçirməsi təklif olunub: "Türkiyə aviaşirkətinin təyyarələri Heydər Əliyev Beynəlxalq Hava Limanına 1 saatlıq eniş edə bilər və Azərbaycandan olan sərnişinlər də bu reysdən istifadə edə bilərlər".

O, əlavə edib ki, hazırda məsələnin texniki tərəfi həll edilir: "Bu ilin sonuna və ya gələn ilin əvvəlinə məsələ həll olunacaq".

Hazırda Bakı və İslamabad arasında birbaşa reys yoxdur. Hər iki ölkənin sərnişinləri "Turkish Airlines"ın reyslərindən istifadə edirlər.

Sizin Reklam Yeriniz