news Image
2014.10.22
14:25
| A A A
Afrikalı legionerlərdən və tələbələrdən Azərbaycana Ebola təhlükəsi

Dünyanı təşvişə salan Ebola virusunun Azərbaycana gəlmə təhlükəsinə qarşı sərhəddə, hava limanlarında profilaktik tədbirlərin görüldüyü barədə Səhiyyə Nazirliyi dəfələrlə məlumat versə də, ölkədə  bu virusla bağlı narahatçılıq hələ də qalmaqdadır. Yaranmış narahatçılığı bir az da şərtləndirən amil ebolanın tüğyan etdiyi ölkələrdən Azərbaycana  gedib-gələnlərin çox olmasıdır. Hazırda futbol klublarında legionerlərin çoxu Afrika ölkəsinin vətəndaşlarıdır. Eləcə də Azərbaycanda Afrika ölkələrindən xeyli sayda tələbə təhsil alır. Son günlər  Həccə gedənlərin müqəddəs torpaqlardan öz doğma torpaqlarına qədəm basması isə Ebolanın Azərbaycana gələcəyi barədə narahatçılıqları bir az da artırıb. Bəs görəsən bu narahatçılıqların əsası varmı?

Məsələn, qonşu Gürcüstan ölkəyə Ebolanın yayıldığı yerlərdən gələn tələbə, idmançı və turistlər üçün karantin döcrü tətbiq edir. 2 həftədən çox karantində saxlananlarda Ebolanın əlamətləri aşkarlandıqda, onlar dərhal nəzarətə alınır. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında bildirib  ki, ölkəmizdə çoxlu sayda legioner və tələbə Afrika ölkələrindən gəlsə də, onlarda bu virusun əlamətləri müşahidə olunmamış onları müayinəyə cəlb etmək düzgün deyil: "Onlardan ölkəyə gələn kimi qan analizi götürüb müayinə etməyin heç bir effekti yoxdur. Çünki bu xəstəliyin gizli dövrü var ki, bu zaman onu qan analizi yolu ilə belə müəyyən etmək mümkün deyil. Eləcə də Həcc ziyarətindən gələnləri. Həmçinin  zəvvarların getdiyi ölkədə "Ebola" virusu xəstəliyi qeydə alınmayıb. Ona görə də zəvvarların ziyarətdən sonra təkrar müayinəsinə ehtiyac yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi təsdiq olunmuş məlumatına əsasən, "Ebola" virusu  5 Afrika ölkəsi, İspaniya və ABŞ-da qeydə alınıb.  Azərbaycan sərhəddə virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparat – termovizor quraşdırıb.  Dövlət Gömrük İdarəsi tərəfindən nəzarət edilir. Ölkədə isə Ebola ilə bağlı palatalar ayrılıb, profilaktik tədbirlər həyata keçirilir".

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs