news Image
2014.10.22
14:38
| A A A
Məzahir Pənahov: “Jurnalistlər və seçicilər seçki məntəqəsində gördükləri pozuntulara etiraz etməlidir”

"Siz gənclər KQB qorxusunun nə olduğunu bilmirsiniz, bu, çox yaxşı haldır.


Avropada, İngiltərədə gəzə bilmirdik, bizi izləyirdilər. SSRİ niyə dağıldı? Çünki xaricdə izləmək üçün agenturaya pul ödəyirdilər".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda tələbə gənclər və media nümayəndələri ilə keçirilən görüşdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

Seçkilərdə seçicilərin aktiv iştirakını zəruri sayan M. Pənahov bildirib ki, "KQB" qorxusunu yaşamış yaşlı insanlarda müəyyən çatışmazlıqlara normal yanaşıb: "Ancaq gənclərdə belə qorxunun olmaması yaxşı haldır. Gənclər seçkidə aktiv vətəndaş mövqeyi ortaya qoymalı, fəal iştirak etməlidirlər. Digər tərəfdən, jurnalistlər də hər hansı seçki məntəqəsində hər hansı pozuntu görürsə, susmamalı və yalnız yazmaq barədə fikirləşməməlidir. Jurnalist də vətəndaş kimi mövqe ortaya qoyaraq pozuntunun yerində aradan qaldırılmasına səy göstərməlidir. Yəni jurnalist şəxsi marağından çıxış etməməli, vətəndaş mövqeyini əsas götürməlidir".

 

M. Pənahovun fikrincə, fəal vətəndaş mövqeyi beynəlxalq təşkilatların, müəyyən dövlətlərin və qüvvələrin seçkilərlə bağlı fərqli təəssürat yaratmasının da qarşısını alar: "Bir məntəqədə pozuntu halı olduğu aşkarlanarsa, MSK ən sərt tədbir kimi həmin məntəqədə seçkinin nəticələrini ləğv edər. Ancaq həmin seçki məntəqəsində seçicilər bu pozuntuya etiraz etmirsə, fəal vətəndaş mövqeyi ortaya qoymursa, bir sıra beynəlxalq təşkilatların müşahidəçiləri bunu qeyd edirlər. Hesabatda seçkilərin yaxşı təşkil olunduğu qeyd edilsə də, həmin faktlardan elə incəliklə istifadə edirlər ki, xaricdə bu hesabatı oxuyanda Azərbaycanda seçkilərin demokratik keçirildiyinə şübhə yaranır. Təbii ki, MSK beynəlxalq təşkilatlara belə hesabatlarla bağlı etirazını bildirir. Bir daha deyirəm ki, indiyə qədər heç bir beynəlxalq təşkilatın hesabatında Azərbaycanda keçirilən seçkilərin nəticələri şübhə altına alınmayıb. Lakin onlar hesabatlarda belə hallardan istifadə etmək sahəsində ixtisaslaşıblar. Bu kimi məqamların qarşısını almaqda isə vətəndaş mövqeyi əsasdır, belə olan zaman beynəlxalq təşkilatlar da Azərbaycanda keçirilən seçkilərə dair hər hansı fərqli münasibət ortaya qoya bilməyəcəklər. Ona görə də gənclərin fəallığı çox vacibdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs