Əlaqə Arxiv
news Image
2014.10.22
18:00
| A A A
Ermənistan Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər

Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulması məsələsinə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra baxıla bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov deyib.

Onun sözlərinə görə, indiki mərhələdə Bakı-Tbilisi-Qars layihəsinə Ermənistandan savayı, arzu edən bütün tərəflər qoşula bilər.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir. Dəmiryol xəttinin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Sizin Reklam Yeriniz