news Image
2014.10.22
11:31
| A A A
Masallı rayonunun Təkdam kəndində səyyar qəbul
“ÇÖLKƏNDLİLƏR” TƏŞƏKKÜR EDİR, TƏKLİF VERİR…

Masallı RİH başçısı Rafil Hüseynov ərazilərdə səyyar görüş-qəbullarını davam etdirir.Növbəti görüş Təkdam kəndində olub. İcra başçısı bildirdi ki, Həsənliyə tez-tez gəlirəm. Əvvəldən buralar "Çöl kənd" adlanıb. Həsənli, Qarğalıq, Xırmandalı ərazisi qazlaşıb. Yol problemi var idi – çəkilib qurtarıb. Yolların asfaltlaşdırılması gələn ilin birinci yarısına kimi başa çatacaq. Buranın su problemi də vardır. Yeraltı sular şordur. Bura su Viləşdən boru ilə gətiriləcək. Ümumiyyətlə, 29 kəndə içməli su xətti çəkiləcək. Gələn il həmin sudan istifadə olunacaq. Kiçik kəndlərin daha çox problemi olur.

Qeyd edək ki, Həsənli inzibati ərazi dairəsi Təkdamdan başqa Köçəkli və Məmmədxanlı kəndlərini də əhatə edir. Həsənlinin 3077, Köçəklinin 1948, Məmmədxanlının 513 və Təkdamın 568 nəfər əhalisi vardır.

Təkdamın 192 hektar pay torpağı, 140 təsərrüfatı, bir məktəbi və bir məscidi var. Məlum oldu ki, 1700 metrə yaxın aparıcı arx təmir edilmiş, Təkdam-Məmmədxanlı yoluna 18 maşın çınqıl-qum yayılmış, bayram günlərində 4 imkansız ailəyə maddi yardım edilmişdir. Həsənli-Köçəkli yolu qır örtüyü ilə asfaltlanıb, ərazinin daxili 1500 metr yolu 30 maşın çınqılla təmir olunub, Köçəkli kəndində məscid yenidən qurulub, bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar məntəqələrdə cari təmir işləri aparılıb.

Bu il 930 hektarda taxıl, 45 hektarda kartof, 184 hektarda tərəvəz, 66 hektarda bostan bitkiləri əkiləcək.

RİH başçısı bildirdi ki, ərazidə məktəblərin təmirə ehtiyacı var. Qarşıda digər məsələlər də durur. Bu balans artıq "Çöl kənd"in xeyrinə dəyişir.

Təkdamlılar rayon rəhbərini, qonaqları minnətdarlıq və səmimi hisslərlə qarşıladı. Onlar rayonda görülmüş tikinti-abadlıq işlərini qeyd etdilər və qarşıda görüləcək işlərdən danışdılar. Kamil Hüseynov:

-Hörmətli Rafil müəllim, sağ olun ki, ikinci dəfədir bura gəlibsiniz. Sizə xoşgəldin deyirik. Çox sağ olun ki, kəndimiz haqda belə məlumatınız var. Kəndimizdə təkərli traktorlar fəaliyyət göstərir, qonşu kəndlərə də kömək edirik. Deyim ki, işıqdan gileylik, yoldan...

Rayon rəhbəri bildirdi ki, bütün kənd yollarını bələdiyyə təmir etməlidir. Qəzalı vəziyyətdə olan elektrik xətləri tezliklə təmir olunacaq...

Sakinlərdən A.Vəlişov, A.Quliyev, H.Hüseynov, N.Nurullayeva, Z.Quliyeva, G.Cəfərova, R.Nuriyev, A.Vəlişov, A.Hüseynova, Y.Abdullayev, Q.Əliyeva, D.Vəlişova və H.İsmayılov son illər respublikada və Masallıda görülən geniş quruculuq və abadlıq işlərinə görə ölkə başçısına və rayon rəhbərinə təşəkkür bildirdilər, problemlərdən söz açdılar.

Cavabında bildirildi ki, burda qaldırılan məsələlər yaddan çıxmır. Və bir günün içində həll olunmur. Gəlmişəm ki, öyrənim. Uşaqları məktəbdən, dərsdən ayırmayın. Çünki, gələcək onların əlindədir. Biliksiz, savadsız kəndi inkişaf etdirmək, dünya bazarına çıxmaq olmaz...

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs