news Image
2014.10.22
18:09
| A A A
Şahin Camalov: Avropa Parlamenti Saxarov mükafatını Leyla Yunusa verməməklə öz səhvini düzəltdi

Leyla Yunusun adının Avropa Parlamentinin insan haqları üzrə Saxarov mükafatı namizədliyinə salınması yanlış addım idi. Bu barədə Trend-ə İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov deyib.

Ş.Camalov qeyd edib ki, L.Yunus bu cür mükafatlara layiq fəaliyyət göstərmirdi: "Nə hüquq müdafiəçisi kimi ciddi fəaliyyəti mövcud idi, nə də vətəndaş mövqeyindən çıxış edirdi. Ümumiyyətlə, Leyla Yunus vətənini, xalqını sevən bir insan deyildi".

Onun sözlərinə görə, bu mükafatın L.Yunusa verilməməsi mükafatın təsisçilərinin öz səhvlərini anlaması kimi qiymətləndirilməlidir.

Ş.Camalovun əlavə edib ki, bu mükafatı təqdim edən insanlar da bilirlər ki, L.Yunusun bu və ya digər formada cinayət işində adı gedir.

Qeyd edək ki, dünən Avropa Parlamenti insan haqları üzrə nüfuzlu Saxarov mükafatının laureatını açıqlayıb. Saxarov mükafatına namizədliyi irəli sürülənlər arasında Azərbaycanda erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və vətənə xəyanətdə, eləcə də digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilmiş "Sülh və Demokratiya İnstitutu" adlanan qurumun rəhbəri LYunusun da adı var idi. Lakin Avropa Parlamenti L.Yunusu bu mükafata layiq görməyib. Mükafat Konqodan olan ginekoloq Deniz Mukveqeyə verilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs