Əlaqə Arxiv
news Image
2014.10.23
10:35
| A A A
Mingəçevirdə “SHACMAN” 85 yaşlı qadını vuraraq öldürüb, sürücü hadisə yerində qaçıb

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1929-cu il təvəllüdlü Verdiyeva Zəhra Ələkbər qızı yolu keçərkən sürətlə hərəkət edən "SHACMAN" markalı yük maşını onu vurub. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.  85 yaşlı qadın aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücünün tapılması üçün hazırda polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir. 

 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Sizin Reklam Yeriniz