news Image
2014.10.23
10:36
| A A A
İran Xəzər sahili boyunca dairəvi dəmiryolun təkmilləşdirilməsi üçün xətt tikəcək

"Xəzər sahili boyunca dairəvi dəmiryolun təkmilləşdirilməsi məqsədi ilə ölkə daxilində yeni dəmiryol xəttinin tikintisi məsələsini araşdırırıq". Bunu Trend-ə İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir yol İdarəsinin baş direktoru Möhsün Purseyid Ağayi deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində Xəzər sahili boyunca dairəvi dəmiryol xəttinin çəkilməsi təklifini irəli sürmüşdi. V.Putinin fikrincə, bu dəmiryol əsas Xəzər limanlarını birləşdirməklə yanaşı, yükdaşımaları daha az vaxtda və daha ucuz qiymətə reallaşdırmağa, Xəzər ölkələrinin iqtisadiyyatının rəqabətə davamlılığını artırmağa imkan verəcək.

M.Purseyid Ağayi bildirib ki, hazırda İran ərazisində Xəzər sahili boyunca dairəvi dəmiryolun təkmilləşdirilməsi üçün Xəzərin qərbində Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu xətti tikilir: "Bu xəttin tikintisi bizim üçün prioritetdir və tezliklə təkmilləşməlidir. Bundan başqa, Xəzərin şərqində İran-Türkmənistan-Qazaxıstan dəmiryolu xəttinin tikintisi başa çatıb və cari ilin dekabr ayında artıq bu xəttin rəsmi açılışı olacaq".

O, qeyd edib ki, İran ərazisində dairəvi dəmiryol xəttinin təkmilləşdirilməsi məqsədi ilə Rəşt şəhərindən Sari şəhərinə yeni dəmiryol xəttinin çəkilməsi planlaşdırılır: "Həştərxan sammitindən sonra Rəşt-Sari dəmiryolunun inşası ilə bağlı dəyərləndirmə və araşdırma işlərinin aparılmasına başlamışıq. Əgər texniki dəyərləndirmənin cavabı müsbət olarsa, biz bu yeni dəmiryol xəttinin tikintisinə başlayacağıq. Beləliklə də ölkə ərazisində dairəvi dəmiryol xəttinin itmiş halqası birləşəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs